BAKI, 13 fevral. TELEQRAF

Fevralın 14-16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məluat verilib.

Bildirilib ki, Kəlbəcər, Goranboy, Daşkəsən, Naftalan, Bərdə, Qusar, Qobustan, Xızı, Mingəçevirdə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.