BAKI, 12 fevral. TELEQRAF
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamına əsasən, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirildi".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlayıb.
O bildirib ki, yəni, yalnız əmək pensiyalarında deyil, həmçinin pensiya kapitalında da artım həyata keçirilib.
"Sərəncama uyğun olaraq, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılılır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırıldı. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunur. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manata çatır", - o qeyd edib.
Deputatın sözlərinə görə, pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır:
"Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır".