BAKI, 10 fevral. TELEQRAF

Qarabağda tikinti işlərinə cəlb olunan “Ramco” QSC xeyli miqdarda cərimələnib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Füzuli Rayon Prokurorluğunun apardığı araşdırma nəticəsində şirkətin inzibati xətaya yol verdiyi müəyyən edilib.

Belə ki, şirkət Hadrutda təmir-tikinti prosesinə işçiləri əmək müqaviləsi bağlamadan cəlb edib. Nəticədə Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, “Ramco” QSC 20 000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, “Ramco” QSC 2010-cu ildə yaradılıb. Şirkət dəfələrlə bir sıra dövlət qurumlarının tenderlərinin qalibi olub. “Ramco” QSC Şuşada “Xarıbülbül” və “Qarabağ” hotellərinin də əsaslı təmir işini icra edib.