BAKI, 6 fevral. TELEQRAF
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Teleqraf xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sabah Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Şamaxı, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Gədəbəy, Daşkəsəndə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.