BAKI, 5 fevral. TELEQRAF

Bu ilin yanvar ayı ərzində qeydiyyat orqanları tərəfindən 3974 uşağın doğumu qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 2164-ü kişi, 1810-u isə qadın cinsinə mənsubdur.

"Doğumu qeydə alınan uşaqlardan 12-si ölü doğulub. Ölü doğulanlardan 6-sı kişi, 6-sı isə qadın cinslidir", - məlumatda qeyd olunub.