BAKI, 3 fevral. TELEQRAF

Saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 4, Şahbuz və Sədərəkdə 3, Kişçayda (Şəki) 2, Naxçıvan, Şərurda, Gədəbəy, Şəmkir, Balakən, Zaqatala, Şahdağ və Oğuzda 1 mm-dir.

Hazırda bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Kəlbəcərdə 25, Şahdağda 20, Qobustanda 18, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da 10, Aran rayonlarında 16, dağlıq rayonlarda 14 dərəcəyədək isti qeydə alınır.