BAKI, 31 yanvar. TELEQRAF
Bu gün saat 13:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur, bəzi yerlərdə isə cənub-qərb küləyi əsir.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, küləyin maksimal sürəti Kəlbəcərdə 20, Lerik, Şamaxı və Qobustanda 19, Yardımlı, Zəngilan və Daşkəsəndə 18, Cəbrayılda 17 m/s-dək güclənir.
Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Şabran, Yevlax, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Astarada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.