2025-ci ilin dekabr ayında ailə başçısını itirməyə görə 192,2 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, onların 137 min nəfərdən çoxu pensiya, 55,2 min nəfərdən çoxu isə müavinət alıb.