Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Teleqraf Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən xəbər verir ki, günün birinci yarısında yarımadanın ayrı-ayrı yerlərində yağıntıların intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.