BAKI, 12 dekabr. TELEQRAF
"Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun akademiyanın həqiqi üzvü olaraq qalmasına imkan vermir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, məsələyə AMEA-da baxılacaq: "Bu məsələdə akademiyanın konkret mövqeyi var. Lazımi qərar qəbul olunacaq".