BAKI, 10 dekabr. TELEQRAF

Saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Xaltan, Xaçmaz, İmişli, Sabirabad, Şamaxı, Altıağac, Yardımlı, Lerik, Kürdəmir, Zərdab, İsmayıllı, Ağsu, Yevlax, Hacıqabul, Neftçala, Biləsuvar, Lerik, Lənkəran, Astara, Ağdam, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Oğuz, Qobustan, Quba, Qusarda yağış , Şahdağda isə qar yağır.

Ordubad, Sədərək, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Xızı, Qusar, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur.