BAKI, 5 dekabr. TELEQRAF
Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbdə baş verən hadisə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin ciddi nəzarətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunur ki, yerli təhsil sektorunun əməkdaşları xəstəxanaya aparılan şagirdlərə və məktəbin texniki işçilərinə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb.
"Qeyd edək ki, gün ərzində tüstüdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin hər biri artıq evə buraxılıb, vəziyyətləri stabildir" - İdarədən bildirilib.
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.