BAKI, 4 dekabr. TELEQRAF
UNESCO elm və təhsil sahəsində Azərbaycanla əməkdaşlığı dəstəkləyir və onu davam etdirmək niyyətindədir.
Teleqraf xəbər verir ki, UNESCO-nun baş direktorunun müavini Lidiya Brito Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransın açılış mərasiminə video-müraciətində belə deyib.
“Biz Azərbaycanla elm sahəsində olan əməkdaşlığımızı davam etdirməkdən çox məmnunuq”, – deyə o, video müraciətdə vurğulayıb.