BAKI, 3 dekabr. TELEQRAF
Vəkillər Kollegiyasının üzvü Vasif Əliyev vəfat edib.
Teleqraf xəbər verir ki, o, ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, V.Əliyev Bakı şəhəri 18 saylı Vəkil Bürosunun üzvü olub.
O, 7 il idi ki, vəkil kimi fəaliyyət göstərirdi.