BAKI, 3 dekabr. TELEQRAF

"Torpaq sürüşmələri 28 rayon üzrə 139 sahədə xəritələşdirilib".

Teleqraf xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib.

O bildirib ki, bu məlumatlar veb saytda yerləşdirilib: "Elektron su xəritəsi hazırlanaraq təqdim olunub. Burada suya aid bütün məlumatlar əhatə edilib. Məlumatlar açıq mənbələrdə veb serverdə yerləşdirilib".