MİNGƏÇEVİR, 2 dekabr. TELEQRAF

Mingəçevirdə “Milli Qəhrəman Natiq Qasımovun İgidlik Salnaməsi” mövzusunda tədbir keçirilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Heydər Əliyev Mərəzində baş tutan tədbirdə yerli icra hakimiyyəti orqanları, YAP şəhər təşkilatının nümayəndələri, təhsil işçiləri, Milli Qəhrəmanın döyüş yoldaşları iştirak ediblər.

N.Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək Natiqin hər kəsə örnək ola biləcək qəhrəmanlıq yolundan söhbət açıb.

Daha sonra qəhrəmanın həyat və şərəfli döyüş yoluna həsr olunmuş “Oğul” filmi nümayiş etdirilib.