ANKARA, 2 dekabr. TELEQRAF
Türkiyənin Ankara şəhərində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Disaster Journalism: Preventing the News from Turning into a Disaster" layihəsi çərçivəsində "Fövqəladə hallar jurnalistikası: Xəbərin fəlakətə çevrilməsinin qarşısını almaq" adlı beynəlxalq təlim keçirilir.
Teleqraf-ın Ankaraya ezam olunan əməkdaşı xəbər verir ki, təlimdə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Ali Hamza Pehlivan iştirak edirlər.
Layihənin əsas məqsədi media nümayəndələri üçün təlim bələdçiləri hazırlamaqdır.
Layihənin icrasını Səlcuq Universitetinin kommunikasiya fakültəsi həyata keçirir. Türkiyədə Radio və Televiziya Ali Şurası (RTÜK), Konya Böyükşəhər Bələdiyyəsi Sosial İnnovasiya Agentliyi, Primorska Universiteti, Kiyev Universiteti və Viqo Universiteti layihə tərəfdaşları arasındadır.
Layihə çərçivədə 5 dildə kitab hazırlanıb.
Təlimdə 50 xarici jurnalist iştirak edir.