BAKI, 6 noyabr. TELEQRAF

Şirvan Milli Parkından götürülən 7 baş ceyran Cəbrayıl rayonu ərazisində öz tarixi arealına buraxılıb.

Teleqraf xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının bərpası” layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.