BAKI, 30 oktyabr. TELEQRAF

"Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur. Amma ilin sonuna kimi bölgələrdə həkim çatışmazlığı aradan qaldırılacaq".

Teleqraf xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada mövcud olan problemdir.

"Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və bu səbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Bu problemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə bir sahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığı mövcud olsun", - o əlavə edib.