BAKI, 21 oktyabr. TELEQRAF

Bu gün respublika üzrə oktyabr ayının pensiya ödənişi yekunlaşıb.

Teleqraf xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.