AĞDAM, 21 oktyabr. TELEQRAF

Tarzən Fərhad Paşayev bu gün doğulduğu rayonda torpağa tapşırılacaq.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, mərhum Ağdam rayonunun Quzanlı qəbiristanlığında dəfn ediləcək.

***

10:03

Əməkdar mədəniyyət işçisi, uzun illər Ağdam “Şur” ansamblının bədii rəhbəri olmuş tarzən Fərhad Paşayev vəfat edib.

Teleqraf xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, F.Paşayev 1942-ci ildə Ağdamda anadan olub. 1978-1993-cü illərdə “Şur” ansamblına rəhbərlik edib.

1988-ci ildə “Əməkdar Mədəniyyət işçisi” fəxri adına layiq görülüb.