BAKI, 13 oktyabr. TELEQRAF

Dövlət İmtahan Mərkəzinin elan etdiyi tenderin qalibi “Lukoyl” olub.

Bu barədə Teleqraf-a DİM-dən məlumat verilib.

“Ai-95 Premium markalı benzin yanacağının satın alınması" ilə əlaqədar "bir mənbə" satınalma metodu tətbiq olunmuş, qalib elan edilən "LUKOIL-AZƏRBAYCAN Qapalı Səhmdar Cəmiyyəti" ilə 47.500,00 (qırx yeddi min beş yüz manat) AZN məbləğində müvafiq satınalma müqaviləsi bağlanıb” - məlumatda bildirilib.

Qeyd olunub ki, müqavilə bu gün qüvvəyə minib və işin icrası 1 ildir.