BAKI, 10 oktyabr. TELEQRAF

Bu gün saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağır, şimşək çaxır.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 2, Qax və Balakəndə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Daşkəsən və Naftalanda 28, Şahbuzda 26, Mingəçevirdə 25, Goranboyda 23, Yardımlıda 20, Gəncədə 18, Gədəbəy, Bərdə, Şəki, Ağdam və Oğuzda 16 m/s-dək güclənir.

Sumqayıt, Çilov adası, Daşkəsən, Şəmkir, Şamaxı, Qobustan, Qusar, Xaltan, Zərdab, Göyçay, Yevlax, Beyləqan, Sabirabad və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.