BAKI, 7 oktyabr. TELEQRAF
Oktyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.
Əvvəlcədən xəbər verildiyi kimi, oktyabrın 6-da bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Xızıda 20, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.