BAKI, 7 oktyabr. TELEQRAF
Keçmiş həyat yoldaşı tərəfindən 11 bıçaq yarası alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən TƏBİB əməkdaşı 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın vəziyyəti açıqlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, L.Qanbayevanın müalicəsi həmin şöbədə davam etdirilir.
"Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.
Hazırda onun vəziyyəti orta ağırdır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, 1986-ci i təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıdır.
