BAKI, 6 oktyabr. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə sentyabrın 29-dan oktyabrın 5-dək 74 tank əleyhinə mina, 82 piyada əleyhinə mina, 517 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Bu barədə Teleqraf-a Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, 1 432.8 hektar ərazi minalardan təmizlənib.