BAKI, 3 oktyabr. TELEQRAF

Yeni yaradılmış Axar-Baxar Milli Parkının Acınohur çölünə 11 baş ceyran buraxılıb.

Teleqraf xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.

O qeyd edib ki, bu "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində həyata keçirilib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF-in dəstəyi ilə 2010-cu ildən başlanılmış bu layihə çərçivəsində bugünədək Şirvan Milli Parkından 407 baş ceyran götürülərək müxtəlif ərazilərə reintroduksiya olunub", - o qeyd edib.

Xidmət rəsmisinin sözlərinə görə, 2024-cü ildə həyata keçirilən məməli heyvanların payız sayğısı zamanı Acınohur çölündə 500 başdan çox ceyran qeydə alınıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında” 14 iyul 2025-ci il tarixli Sərəncamı ilə Qax, Samur və Yevlax rayonlarının ərazisində 23901,99 ha sahədə Axar-Baxar Milli Parkı, Qax və Zaqatala rayonlarının ərazisində 13966 ha sahədə isə İlisu Milli Parkı yaradılıb.