BAKI, 30 sentyabr. TELEQRAF

Əməkdar artist Cabir İmanov "Qurd Qapısı" qəbiristanlığında dəfn edilib.

Teleqraf xəbər verir ki, Əməkdar artistin dəfn mərasimində ailə üzvləri, dostları, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, Mədəniyyət Nazirliyinin əməkdaşları və bir çox incəsənət nümayəndələri iştirak ediblər.

Tahir İmanov media nümayəndələrindən dəfn mərasimini çəkməməsini xahiş edib.

Qeyd edək ki, Cabir İmanov ötən gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.

***

14:21

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başa çatıb.

Teleqraf xəbər verir ki, aktyor "Qurd Qapısı" qəbiristanlığında dəfn ediləcək.

***

13:28

Əməkdar artist Cabir İmanovla vida mərasimi davam edir.

Teleqraf xəbər verir ki, mərasimdə izdiham yaşanır. Mərhumla vidalaşmağa gələn insanların bir hissəsi mərasim keçirilən salona daxil ola bilmir.

Cabir İmanovla vida mərasimində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, xarici işlər naziri Ceyhun Bayramov və bir çox rəsmi şəxslər iştirak edirlər.

***

11:46

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, vida mərasiminə mərhumun dostları, həmkarları, incəsənət və mədəniyyət xadimləri gəlməyə başlayıblar.

Qeyd edək ki, Cabir İmanov ötən gün Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirərək vəfat edib.