BAKI, 19 sentyabr. TELEQRAF

Avqust ayında pensiya, aylıq müavinət, Prezident təqaüdü alanların sayı açıqlanıb.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, avqust ayı ərzində əlilliyə görə 253 293 nəfər pensiya, 224 535 nəfər aylıq müavinət, 91 139 nəfər isə Prezident təqaüdü alıb.