BAKI, 4 sentyabr. TELEQRAF

Avqustda 22 aptekdə yoxlama həyata keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yoxlamalardan 11-i Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

Yoxlamaların 8-i planlı, 14-ü plandankənar olub.

Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.