BAKI, 25 avqust. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi ötən həftə təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı məlumat yayıb.

FHN-dən Teleqraf-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 692 yanğına çıxış, 48 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 11-i azyaşlı olmaqla 57 nəfər xilas edilib, 13 nəfər xəsarət alıb, 8 nəfər təxliyə olunub, 10 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.