AĞDAM, 10 avqust. TELEQRAF
Ağdamda baş verən yanğının qarşısı alınıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun Novruzlu kəndi ərazisində baş vermiş yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.
***
22:53
Ağdamda növbəti yanğın başlayıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, quru ot və kol sahələrində baş verən yanğın rayonun Novruzlu kəndi ərazisində qeydə alınıb.
Yanğın baş verən əraziyə FHN-in Ağdam və Ağcabədi rayonlarının yanğınsöndürən əməkdaşları cəlb edilib.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdir.