BAKI, 6 avqust. TELEQRAF

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində isti hava şəraiti davam edib.

Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 30-34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 36-41 dərəcə isti qeydə alınıb.