BAKI, 4 avqust. TELEQRAF

Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1,1-1,4 dəfə artıqdır.

Teleqraf xəbər verir ki, bunu Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

O qeyd edib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şərq, cənub-şərq küləkləri vasitəsilə ölkə ərazisinə daxil olub:

“Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq üç gün ərzində davam edəcəyi gözlənilir”.