BAKI, 14 iyul. TELEQRAF
Xocalı rayonunun Xanyurdu kəndinə köç prosesi zamanı 1 nəfərə tibbi xidmət göstərilib.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət məqsədilə Təcili Tibbi Yardım briqadası da Xanyurdu kəndində xidmət aparıb. Köçürülmə zamanı 1 nəfərə yerində ilkin tibbi xidmət göstərilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının da müşayiəti ilə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 33 ailə - 122 nəfər Xocalı rayonunun Xanyurdu kəndinə köçürülüb.