BAKI, 5 iyul. TELEQRAF

"Belə qanvermə aksiyasını təbliğ etmək bizim borcumuzdur".

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də Aşura günü ilə əlaqədar keçirilən tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün qan verən insanlar başqalarına həyat verirlər və bu, ən böyük savablardandır.

"Bu gün burada yaşayan bütün dini konfessiyaların nümayəndələri qan verirlər. Bu dini iş deyil, bu gün birlikdə olmağımız bir daha bunun ictimai iş olduğunu göstərir", - o əlavə edib.