
BAKI, 5 iyul. TELEQRAF
Aşura günü ilə əlaqədar bu gün ökədə keçirilən ənənəvi qanvermə aksiyası başa çatıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq QMİ-dən məlumat verilib.
Bildirilib ki, səhər saat 08:00-dan etibarən başlayan qanvermə aksiyası saat 16:00-da yekunlaşıb.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin saat 10:00-a olan məlumatına əsasən, ümumilikdə 362 nəfər könüllü qan verib, həmin şəxslərdən ümumilikdə 162,9 litr qan tədarük olunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və digər vətəndaşlar da aksiyaya qoşulublar. Aksiya Azərbaycanın 30 şəhər və rayonunda - ümumilikdə 38 məntəqədə təşkil olunub. Bu il ilk dəfə azad edilmiş torpaqlarımızda - Şuşadakı Yuxarı Gövhər Ağa məscidində və Ağdam Cümə məscidində də qanvermə aksiyaları keçirilib. Qanvermə məntəqələri arasında 23 məscid və ziyarətgah, eləcə də 15 tibb müəssisəsi olub.
***
09:17
Aşura günü ilə əlaqədar "Təzəpir" məscidində ənənəvi qanvermə aksiyası keçirilir.
Teleqraf xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri də aksiyaya qoşulacaqlar.
Qeyd edək ki, irsi qan xəstəliklərindən əziyyət çəkənlərə Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.
Xatırladaq ki, bu il qanvermə tədbirləri aşağıdakı ünvanlarda təşkil olunur:
Bakı şəhəri üzrə:
1. Yasamal rayonu "Təzə Pir" məscidi
2. Nəsimi rayonu "Əjdərbəy" məscidi
3. Səbail rayonu "Bibiheybət" məscid ziyaratgahı
4. Xəzər rayonu "Mir Mövsüm Ağa" ziyarətgah kompleksi
5. Nizami rayonu "Sahib-Əz-Zaman" məscidi
6. Nizami rayonu Keşlə qəsəbəsi "Şah Abbas" məscidi
7. Suraxanı rayonu "Qaraçuxur" məscidi
8. Binəqədi rayonu "İmam Əli" məscidi
9. Sabunçu r-n, Bakıxanov qəsəbə "İmam Rza" məscidi
Regionlar üzrə:
10. Şuşa şəhər "Yuxarı Gövhər ağa" məscidi
11. Ağdam şəhər "Cümə" məscidi
12. Gəncə şəhər "İmamzadə" məscid ziyarətgah kompleksi
13. Lənkəran şəhəri, Mərkəzi Qan Bankının bölməsi
14. Mingəçevir şəhər "Heydər" məscidi
15. Sumqayıt şəhər "Cümə" məscidi
16. Şəki şəhər "İmam Əli" məscidi
17. Şirvan şəhər məscidi
18. Bərdə şəhər "İmamzadə" məscid ziyarətgahı
19. Quba şəhəri, Mərkəzi Qan Bankının bölməsi
20. Masallı şəhər "Cümə" məscidi
21. Masallı r-n, Boradigah qəsəbə xəstəxanası
22. Göyçay şəhər "Əbülfəzlil Abbas" məscidi
23. Xaçmaz Rayon Mərkəzi Xəstəxanası
24. Salyan şəhər Mərkəzi "Hacı Tağı" məscidi
Naxçıvan Muxtar Respublikası:
25. Naxçıvan şəhər “Heydər” məscidi
26. Naxçıvan şəhər “Sarvanlar” məscidi
27. Naxçıvan şəhər “Pirqəmiş” məscidi
28. Babək rayon Mərkəzi Xəstəxanası
29. Babək rayon Qahab kənd tibb məntəqəsi
30. Babək rayon Cəhri kənd tibb məntəqəsi
31. Babək rayon Nehrəm kənd tibb məntəqəsi
32. Ordubad rayon Mərkəzi Xəstəxanası
33. Culfa rayon Mərkəzi Xəstəxanası
34. Culfa rayon Bənəniyar kənd tibb məntəqəsi
35. Şahbuz rayon Mərkəzi Xəstəxanası
36. Sədərək rayon Mərkəzi Xəstəxanası
37. Kəngərli rayon Mərkəzi Xəstəxanası
38. Şərur rayon Mərkəzi Xəstəxanası