.jpg)
BAKI, 4 iyul. TELEQRAF
Müasir dövrdə ekoloji texnologiyaların bacarıqlarının artırılması və sosial dəstək proqramlarının genişləndirilməsi əsas prioritetlərdən biridir.
Teleqraf xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.
O bildirib ki, əhalinin sosial rifahını yüksəltmək üçün yeni addımlar atılır və yeni proqramlar həyata keçirilir.
"Son illər ərzində 5 böyük islahat paketi reallaşdırılıb. Bu da 4 milyon insanı əhatə edib.Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb. Prezidentin müvafiq Sərəncamı əsasında hazırlanacaq yeni "2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" da ölkədə yeni iqtisadi şəraitə uyğun islahatların hədəflərini, o cümlədən əhalinin sosial rifahının yüksəldilməsi üçün yeni prioritetləri müəyyən edəcək", - o əlavə edib.