BAKI, 3 iyul. TELEQRAF
Azərbaycan Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunur.
Teleqraf xəbər verir ki, bununla bağlı Milli Məclisə layihə daxil olub.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihədə 4 namizədin adı yer alıb. Bunlar Rəşid Rzayev, Otari Qvaladze, Fərhad Tutayuk və Rauf Quliyevdir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyyə edilib.