BAKI, 2 iyul. TELEQRAF
Azərbaycan Vəkillər Kollegiyası Akademiyasının adı dəyişdirilib və Vəkillər Kollegiyasının Tədris Mərkəzi adlandırılıb.
Teleqraf xəbər verir ki, bu barədə kollegiyanın Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul olunub.
Toplantıda bildirilib ki, beynəlxalq təcrübədə vəkillik qurumlarının nəzdində müxtəlif tədris mərkəzləri, institutlar və akademiyalar fəaliyyət göstərir. Bu strukturların adından asılı olmayaraq əsas məqsəd vəkillərin peşə bacarıqlarının inkişaf etdirilməsi və davamlı tədrisin təmin olunmasıdır.