BAKI, 30 iyun. TELEQRAF
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri, “Büyükfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Büyükfıratın oğlu Ebrar Büyükfıratın ölüm səbəbi məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, yaşadığı binanın altıncı mərtəbəsindən yıxılıb.
Hadisə iyunun 28-i saat 12 radələrində Nərimanov rayonu, C.Hacıbəyli küçəsində baş verib.
Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Ebrar Büyükfırat yaşadığı binanın eyvanından yıxılıb və vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.