BAKI, 21 iyun. TELEQRAF

Onlayn və çap media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri elan olunub.

Qeyd edək ki, onlayn media subyektlərindən ictimai-siyasi məzmunlu 34, idman məzmunlu isə 5 sayt müsabiqədən uğurla keçib. Çap media subyektlərindən isə 17 qəzet müsabiqədən uğurla keçib.