BAKI, 4 iyun. TELEQRAF

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə icra başçısı Coşqun Cəbrayılov əmr imzalayıb.

Əmrə əsasən, Şahsultan Həsənov Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə gətirilib.

O, bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin direktor müavini işləyib.

Bu məlumatı Teleqraf-a İcra hakimiyyətindən təsdiqləyiblər.