BAKI, 2 iyun. TELEQRAF
Aktau şəhərində qəzaya uğramış Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin stüardessası Hökumə Əliyevanın həyatı barədə filmin çəkilişləri başa çatıb.
Bu barədə Teleqraf-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Məlumatda deyilir ki, "Hökümə - kədərim mənim" adlı sənədli filminin çəkilişləri artıq yekunlaşıb və film hazırda montaj mərhələsindədir.
Filmin təqdimatı Milli Qəhrəmanın doğum günü ərəfəsinə - avqusta planlaşdırılır.
Filmin rejissoru Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, rejissor, ssenarist Ziya Şıxlinskidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökümə Cəlil qızı Əliyeva "Azərbaycanın Milli Qəhrəmanı" adına və "Qızıl Ulduz" medalına layiq görülüb.