BAKI, 27 may. TELEQRAF
"Din siyasi məsələlərdə istifadə edilməməlidir".
Teleqraf xəbər verir ki, bunu Sumer Beynəlxalq Münasibətlər Fondunun direktoru Məhəmməd Şumməri "Dəyişən dünyada İslam mədəni irsinin qorunması" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, mediada İslam dininə qarşı hücumlar artmaqdadı.
"İslamofobiya bu gün siyasi yanaşmalara da sirayət etməkdədir. Dini rəmzlərə, mədəni irsə hücumlar artıb. Maddi irs məhv edilir, İslam sivilizasiyası təhrif edilir. Bu təhlükəli təzahür qarşısında müdafiə mövqeyində qalmalı deyilik. Biz islamofobiya ilə maarifləndirmə vasitəsilə mübarizə aparmalıyıq. Mediada, təlim-tədris müəssisələrində İslamın mahiyyəti haqqında düzgün məlumatlandırılma aparılmalıdır. Dini dialoqlara girilməlidir".
Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub. Üç gün davam edən konfrans bu gün başa çatacaq.