BAKI, 26 may. TELEQRAF
İyunun 4-5-də Məkkədə böyük Həcc ziyarəti dövrü başlanacaq.
Bunu Teleqraf -a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, zəvvarlar o müddətə kimi müstəqil şəkildə Kəbə evinə ibadət üçün gedib gələcəklər.
"O vaxta kimi vacib əməl yoxdur", - V.Cahangiri bildirib.
Qeyd edək ki, Azərbaycandan zəvvar qrupları mayın 25-dən 31-dək hər gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşəcəklər.