BAKI, 16 may. TELEQRAF

Cari ilin 4 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (208 mln. manat) çox olmaqla 2 mlrd. 361 mln. manat vəsait yönəldilib.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Yanvar-aprel aylarında 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 154 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.