BAKI, 18 aprel. TELEQRAF

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakim köməkçisi Vəkillər Kollegiyasına üzv qəbul olunub.

Teleqraf-ın xəbərinə görə, bunlar İlkin Eyvazov və Fərman Quliyevdir.

Onlar bu gün Vəkillər Kollegiyasının vəkilliyə namizədlərinin təntənəli andiçmə mərasimində iştirak ediblər və vəkil andı içərək Vəkillər Kollegiyasının üzvü olublar.

Qeyd edək ki, bu gün ümumilikdə 102 namizəd Vəkillər Kollegiyasına üzv olub.