
BAKI, 17 aprel. TELEQRAF
Azərbaycana idxal olunan bir sıra qida məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, müəyyən olunan konkret faktlar üzrə qurum tərəfindən qanunamüvafiq tədbirlər görülür. Yeni Zelandiya, Çin, Özbəkistan, Rusiyadan idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla əlaqədar müvafiq sağlamlaşdırıcı tədbirlərin görülməsi üçün sözügedən ölkələrin aidiyyəti qurumlarına xəbərdarlıq məktubları ünvanlanıb. Qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları bunlardır: Yeni Zelandiyaya məxsus kərə yağı, Çinə məxsus nərə kürüsü, Özbəkistana məxsus araxis və ərik qurusu, Rusiyaya məxsus mal piyi və dondurulmuş donuz əti məhsulları.
Məhsulun adı |
İstehsal və son istifadə tarixi |
Mənşə ölkəsi |
İstehsalçı |
Uyğunsuzluq |
Kərə yağı |
04.09.2024 - 03.09.2026 |
Yeni Zelandiya |
“Fonterra Limited” |
Kampesterin |
Nərə kürüsü |
13.02.2025 – 13.08.2025 |
Çin |
“QUZHOU XUNLONG AQUATIC FOOD SCI-TECH DEVELOPMENT CO., LTD” |
Qurğuşun (Pb) |
Araxis |
01.01.2025 - 01.01.2026 |
Özbəkistan |
“Raise Production Business” |
Aflatoksin B1 |
Ərik qurusu |
28.11.2024 - 28.09.2025 |
Özbəkistan |
“Muxlis Kemal Agro Export” |
Kükürd dioksidin kütlə payı |
Mal piyi |
28.12.2024 - 27.12.2026 |
Rusiya |
“Bryansk Meat Company” |
Donuz əti DNT-si
|
Dondurulmuş donuz əti |
16.01.2025 - 06.01.2027 |
Rusiya |
ОАО “Великолукский мясокомбинат” |
Sarkosporidium (ibtidai parazit)
|