YEVLAX, 28 mart. TELEQRAF

Yevlaxda sərnişin avtobusu qəzaya düşüB.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Xaldan qəsəbəsinin Şəki yol dairəsi adlanan ərazisində baş verib.

Xaldan-Mingəçevir marşrutu ilə hərəkət edən "Ford" markalı sərnişin mikroavtobusu "VAZ 21012" ilə toqquşub.

Hadisə zamanı xəsarət alanların olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.